Cəmiyyət

Vətən müharibəsi iştirakçısına vəzifə həvalə olundu - FOTO

26 May 2021 23:50
Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərinin icrası RTŞ-nin aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, Ağaxan Ağayev Vətən müharibəsi iştirakçısıdır. Ehtiyatda olan baş leytenant Vətən müharibəsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.