Cəmiyyət

İşçiləri vaksin olunmayan şirkətlər bağlana bilər

25 May 2021 15:36
Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov əhaliyə bir daha vaksin olunmaqla bağlı çağırış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, iyulun 1-dən idman-sağlamlıq mərkəzlərində COVID pasportu tətbiq ediləcək:

"İyulun 1-dən hansı obyektlərin ki, 80 faiz işçilərinin sənədi yoxdur, onlara xəbərdarlıq ediləcək və hətta onlar bağlanıla bilər. Bu həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.