Cəmiyyət

Azərbaycanda vəzifəli şəxs işdən azad edildi

24 May 2021 10:17
Baxış: 2 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.

Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.