Cəmiyyət

Katalizatoru olmayan maşınlara tələb azalıb - VİDEO

24 May 2021 11:39
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar avtomobil bazarında canlanma müşahidə edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın avtomobil bazarında bu gün demək olar ki, tam doluluq var idi. Alıcılar əsasən maşının texniki göstəriciləri ilə yanaşı, katalizatorunun olub- olmaması ilə maraqlanır. Katalizatoru olmayan maşınların qiyməti isə düşür.

Avtomobil satışı ilə məğul olanlar deyir ki, əvvəllər katalizator tələbi olmurdu. Lakin son bir neçə həftədir ki, ilk verilən sual katalizatorun olub-olmamasıdır.

Elə alıcılar da katalizatoru olan avtomobillərə üstünlük verirlər. Katalizatoru olmayan avtomobillərin qiyməti isə  markasına görə dəyişir.

Bazara çıxarılan maşınlar çox olsa da, satıcılar alıcılığın aşağı olduğunu deyirlər. Qiymətlər əvvəlki aylarla müqayisədə demək olar ki, elə də dəyişməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.