Cəmiyyət

Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı

20 May 2021 13:11
Baxış: 2 394
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti aşkar edilib.

Milli.Az-ın məlumatına görə, 17 may 2021-ci il tarixində Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.