Cəmiyyət

Saxta COVID-19 testi arayışlarını kim verib? - VİDEO

20 May 2021 12:29
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

96 sərnişin saxta COVID-19 test arayışı ilə Gəncədən Rusiyaya uçmaq istəyib. ancaq onların bu cəhdinin qarşısı alınıb. Məlum olub ki, təqdim edilən arayışların üzərində ''Leyla Medical Center'' və ''Oksigen'' klinikalarının adları qeyd olunub. Əməkdaşlarımız məsələ ilə bağlı həmin klinikalarda olublar, onların bu iddialara münasibətini öyrənməyə çalışıblar. Bu arada, Baş Prokurorluq da saxta test arayışları ilə bağlı açıqlma yayıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Gəncədən təyyarə ilə Rusiyaya səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb. Həmin sərnişinlər saxta arayışlar təqdim edərək Gəncə Hava Limanından Gəncə-Sankt-Peterburq aviareysi ilə Rusiyaya uçmaq istəyiblər

Baş Prokurorluğun məlumatına görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində "Leyla Medical Center" və "Oksigen" klinikalarının adları qeyd olunub.

Klinikanın daxil olduğu ''Referans Medical Group''un ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aytac Kərimli ''Xəzər Xəbər''ə bildirdi ki, həmin test nəticələrinin heç biri onların klinikası tərəfindən verilməyib. Üstəlik, 96 sərnişinin klinikaya müraciət etdiyi və nəticələrin klinika tərəfindən onlara verildiyi sübut olunmayıb.

''Oksigen'' Klinikasından isə məsələ ilə bağlı daha sonra açıqlama yayacaqları və indiki mərhələdə müsahibə vermək istəmədikləri bildirildi.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.