Cəmiyyət

Prokurorluq Gəncə hava limanında saxta koronavirus testləri barədə araşdırmalara başladı

19 May 2021 15:54
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluq Gəncə Hava Limanından xaricə səfər edərkən 96 sərnişində koronavirus testi ilə bağlı saxta arayışlar aşkarlanmasına münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır: "Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.