Cəmiyyət

Azərbaycanda itkin düşən tələbə tapıldı

18 May 2021 11:07
Baxış: 2 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.

Milli.Az xəbər verir ki, o, özü sosial şəbəkədə paylaşım edib.

İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

Atasının bildirdiyinə oğlu bu müddət ərzində Bakıda olub: "İlkin işlədiyi restorandan əmək haqqısını aldıqdan sonra xərcləyib. Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib. Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır".

Qeyd edək ki, İ.Hüseynov sonuncu dəfə mayın 11-də saat 15:40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızırzində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını qeyd edib. Ondan sonra İlkinin telefonuna bir daha zəng çatmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.