Cəmiyyət

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

16 May 2021 14:19
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lənkəran rayon sakini E.Şahmuradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Natiq Balakişiyevi vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.