Cəmiyyət

“Ləvəngi”də qəza: yaralılar xəstəxanaya aparılır

16 May 2021 21:03
Baxış: 2 266
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki,  "Ləvəngi" dairəsində qeydə alınan hadisə zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini, 1995-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol kənarında dayanan eyni markalı avtomobilə, nəticədə hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi də "Mercedes" markalı mikroavtobusa çarpılıb.

Hadisə zamanı VAZ-ın sürücüsü Fərahim Nəhmətov, sərnişinləri olan həmkəndliləri - 1996-cı il təvəllüdlü Elnur Mirqasım oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Nisbətən yüngül xəsarətlər alan daha üç nəfər - Girdəni kənd sakini, 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova, Bürcəli kənd sakini, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov və Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov isə travmatalogiya şöbəsinə yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.