Cəmiyyət

Sirkə turşusu içən 85 yaşlı kişi xəstəxanada öldü

14 May 2021 13:39
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı kişi bu gün xəstəxanada dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, ölən şəxs 1936-cı il təvəllüdlü Ziyad Əli oğlu Məmmədovdur. Qeyd edək ki, hadisə mayın 12-də şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, Z. Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq bu gün səhər saatlarında Z. Məmmədov dünyasını dəyişib. 85 yaşlı kişinin hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.