Cəmiyyət

Rus sülhməramlıları Xankəndində düzüləcəklər - Azərbaycan MN - VİDEO

8 May 2021 12:17
Baxış: 2 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan Müdafiə NazirliyininFaşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə yaydığı məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

HəmçininTürkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.