Cəmiyyət

Göygöldə çaydan qadın meyiti tapılıb

7 May 2021 15:22
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə çaydan qadın meyiti tapılıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.