Cəmiyyət

Bu xidmətlər elektronlaşdırılır - Sənəd toplamağa ehtiyac qalmayacaq - VİDEO

7 May 2021 10:59
Baxış: 1 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İcra hakimiyyətlərinin vətəndaşlara göstərdiyi xidmətlər elektronlaşdırılır. Bunun üçün rəqəmsal icra hakimiyyəti portalının yaradılmasına başlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən regional rəqəmsal hökümətin formalaşdırılmasına başlanıb. İlkin olaraq vətəndaşlar arasında sorğu keçirilib və ən çox istifadə edilən xidmətlərin siyahısı tərtib olunub.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun sözlərinə görə, vətəndaşlar şəxsiyyət vəsiqəsində olan məlumatlarla bir çox xidmətlərdən yararlanacaqlar. Beləliklə, hansısa bir qurumdan digərinə sənəd alıb təqdim etməyə ehtiyac qalmayacaq.

Vətəndaş ona göstərilən xidmətlərlə bağlı şikayət və təklifini də onlayn qaydada qeyd edə biləcək. Şikayətə verilən reaksiya və təkliflər izləniləcək. İlkin olaraq Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq işlərin görülməsinə başlanıb. İlin sonunda isə ölkənin bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.