Cəmiyyət

DSX-dən hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı açıqlama

6 May 2021 16:22
Baxış: 1 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə "Şəmkir" yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.

Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanlanıb. DSX-nin mətbuat xidmətinin rəhbəri Maya Şərifova oxu.az-a açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin ötən il işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində baş verdiyi müəyyən olunub:

"Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.