Cəmiyyət

Saxta əlillik təyinatları ləğv edilir - VİDEO

6 May 2021 09:29
Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2018-ci ilin aprel ayından 2021-ci ilin yanvarına kimi 7 000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Nəticədə illik 30 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Agentlik sədri bildirib ki, hazırda əlillik müddəti bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır.

O, qazilərə əlilliyin təyin olunması məsələsinə də toxunub. Bildirib ki, 4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Ağır yaralı olan 600-ə yaxın qazidən 408-nə artıq müvafiq əlillik dərəcələri təyin olunub. Qazilərin yeni nəsil protezlərlə təmin edilməsi prosesi də davam edir.

Cavid Əbdul-Qədirov onu da bildirib ki, bu il quruma hərbi səbəblərlə əlaqəli pensiyanın təyin olunması üçün 9 000 min müraciətin daxil olacağı gözlənilir. Çünki əlillik dərəcəsinin bitmə müddəti bu il başa çatır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.