Cəmiyyət

Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib - FOTO

5 May 2021 17:30
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyicilərinin nəzəri bilik və praktik vərdişlərinin artırılması məqsədilə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən tədris proqramında nəzərdə tutulan əlavə məşğələlərin keçirilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən növbəti məşğələlərdə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Türkiyə Respublikasından "Vətən müharibəsində psixoloji sarsıntı keçirmiş qazilər və şəhidlərin ailə üzvləri, eləcə də terrordan zərər görmüş vətəndaşlara psixo-terapevtik və reabilitasiya xidmətləri göstərmək" məqsədilə dəvət olunan mütəxəssis-psixoloqlar mühazirələr oxuyub, qabaqcıl dövlətlərin bu sahədə təcrübəsini zabitlərlə bölüşüb, həmçinin dinləyicilərin suallarını cavablandırıb.

Mühazirələrdə əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi, müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan hərbçilərin reabilitasiyasının daha səmərəli təşkili məsələlərinə yönəldilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.