Cəmiyyət

İndiyədək minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

3 May 2021 17:10
Baxış: 729

Ötən ay ərzində 285 hektar ərazi minalardan təmizlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 1-dən 30-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanıb.

Bu günə kimi azad olunmuş 2 min 28 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.