Cəmiyyət

Yardımlıda yeznə qayınına atəş açıb

3 May 2021 13:24
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı rayonunda yeznə qayınına odlu silahdan atəş açıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.