Cəmiyyət

XƏBƏRDARLIQ - “Azərpoçt”un adına saxta sayt yaradılıb - VİDEO

28 Aprel 2021 11:59
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir qrup kiberdələduz qeyri-qanuni yolla "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta sayt yaradıb. Onlar maddi vəsait əldə etmək üçün vətəndaşlara sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etmələrini istəyirlər. Belə bir hal indi təqdim edəcəyimiz şəxsin də başına gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaş bir müddət öncə geyim satışı üçün şəkillərini nömrəsi ilə bərabər onlayn alqı-satqı səhifəsinə yerləşdirib. Dünən axşam saatlarında kiberdələduz alıcı qismində Qırğızıstana məxsus saxta nömrə ilə votsapdan vətəndaşa yazıb. O, məhsulu almaq istədiyini bildirib. Ödənişin həyata keçirilməsi üçün "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyib.

Vətəndaş bildirib ki, son zamanlar dostları da tez-tez bu halla qarşılaşır. "Azərpoçt" MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov vətəndaşlar tərəfindən bu problemlə bağlı müraciətlərin artdığını bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Həmçinin Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.