Cəmiyyət

İrandan idxal edilən bal yararsız çıxdı - FOTO

26 Aprel 2021 16:46
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Milli.Az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı "Big.X-Trade" MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən "GolRang" əmtəə nişanlı, ümumi çəkisi 12005 kq (1450 ədəd şüşə qablaşdırmada) bal məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə saxarozanın miqdarının və hidroksimetilfurfurolun kütlə payının normadan artıq olduğu və diastaza ədədinin olmaması aşkarlanıb. İdxal olunan məhsulun istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.