Cəmiyyət

“İdeal”ın keçmiş sahibi ev dustaqlığına buraxılmadı

21 Aprel 2021 14:54
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasət həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi təmin edilməyib.

A.İsmayılovun vəkili Gülnar Quluzadə bildirib ki, qərarla bağlı apelyasiya şikayəti verilib.

Qeyd edək ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

O, Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.