Cəmiyyət

Meyiti damda tapılan qız nədən ölüb?

21 Aprel 2021 10:21
Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda meyiti tapılan 25 yaşlı qadınla bağlı ekspertiza təyin edilib.

Milli.Az xəbər verir ki, damda tapılan 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə ilkin baxış zamanı onun üzərində gözlə görünən hər hansı xəsarət izi aşkar edilməyib.

C.Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq cavabı məhkəmə tibb ekspertizası verəcək. İlkin versiya kimi onun həddən artıq narkotik vasitə qəbul edərək zəhərləndiyi gözdən keçirilir.  

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, meyit bu gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasının damından götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.