Cəmiyyət

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

20 Aprel 2021 19:57
Baxış: 856
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramı aprelin 20-si üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.