Cəmiyyət

Azərbaycanda şok: 21 uşaq qeyri-qanuni yolla amerikalılara övladlığa verilib - FOTO

10 Aprel 2021 12:12
Baxış: 3 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 21 uşaq qeyri-qanuni yolla amerkalılara övladlığa verilib.

Milli.Az sonxeber.az-a istinadla xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində valideynlərini axtaran və amerikalıya övladlığa verilən Fidanla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Aparıcı bildirib ki, 90-cı illərdə 21 uşaq ABŞ-a övladlığa verilib:

"Fidan da həmin 21-i uşaqdan biridir. O, iki yaşında amerikalı qadına verilib. Biz böyük axtarışa başlamışıq. Mən həmin illərdə Amerikaya övladlığa verilən 21 uşağın izinə düşmüşəm. Bu mənim üçün dəhşətdir. Fidan, təşəkkür edirəm ki, valideynlərini tapmaq üçün müraciət etdin və mənə yeni bir yol açdın. Azərbaycanda 90-cı illərdə 21 uşağın kim tərəfindən övladlığa verilib? Necə olub ki, o amerikalılar gəlib uşaqları aparıb? Bütün bunlarla bağlı böyük axtarışa başladım. Mən Fidanın ana-atasının axtarışına başlayanda dəhşətli faktın üstünü açdım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.