Cəmiyyət

Şirvanda avtomobil divara çırpılıb, sürücü ağır xəsarət alıb

8 Aprel 2021 22:56
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam saatlarında Şirvanda köhnə şəhər massivində yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 21015" markalı avtomobili idarə edən Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarəetməni itirərək avtomobili divar çırpıb.

Nəticədə sürücü kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.