Həkim-infeksionist: Peyvəndləmə prosesindən kənarda qalmaq pandemiyanın bitməsinə mane olmaqdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixən bir çox ağır xəstəliklər və təhlükəli viruslarla qarşılaşan dünya bu gün sağlamlığın əsas düşməninə çevrilmiş yeni növ koronavirusla (COVID-19) pandemiyası ilə mübarizə aparır. Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən infeksiyaya qarşı yeganə mübarizə üsulu olan peyvəndlənmə tədbiri daha çox əhali kütləsini əhatə etməyə başlayıb.
Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova AZƏRTAC-ın müxbirinə deyib: "Azərbaycan MDB məkanında vaksinasiya prosesinə ən erkən başlayan ölkələrdən biridir. Yanvarın 18-dən başlayan və pandemiyaya qarşı alternativsiz mübarizə üsulu olan əhalinin peyvəndlənməsi prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə hallarına və əsasən də ağırlaşmalar az müşahidə ediləcək. İndi biz həkim-infeksionistlərin də ən başlıca vəzifəsi bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə və təşviqat işi aparmaq, peyvəndlənmənin üstünlüklərini onlara başa salmaq və normal həyata qayıtmağın bu prosesdən keçdiyini izah etməkdən ibarətdir. İlk növbədə, vaksinlənmədən yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən hər kəsə başa salınmalıdır ki, peyvənd vurulması hətta yoluxma zamanı ağırlaşma halları ilə üzləşməyə imkan vermir, fəlakətli və ağır nəticələrdən xilas edir. Ona görə də əhalinin 70-80 faizinin bu prosesə cəlb olunması əvvəlki həyata aparan xilas körpüsü rolu oynayır. Nə qədər ki, bu prosesdən kənarda qalanlar olacaq, onda yoluxma da, xəstələnmə halları da davam edəcək, virus daşıyıcıları da olacaq və deməli, hələ infeksiya təhlükəsindən asılı qalan insan həyatı da olacaq. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, vaksinasiya prosesinə qoşulsunlar, inyeksiya olduqdan sonra isə arxayınçılığa yol vermədən əvvəlki qaydada qorunma tədbirlərinə əməl etsinlər. Həmin tədbirlərə nə qədər tez və ciddi şəkildə nail ola bilsək, bəşəri təhlükədən də o qədər tez qurtula biləcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





