Əcnəbilərlə ailə quran azərbaycanlı qadın və kişilərin sayı açıqlanıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il əcnəbilərlə bağlanmış nikahların sayı iki dəfə azalıb.
Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a verilən məlumatına görə, verilən məlumata görə, 2020-ci ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 588 nikah bağlanıb. Bu rəqəm 2019-cu ildə 1248 olub. 2020-ci ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı isə 599 olub. Halbuki 2019-cu ildə bu göstərici 1101 olub.
Ümumiyyətlə, son 5 ildə Azərbaycan vətəndaşı olan 5319 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Bu müddət ərzində 5039 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub. Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır. Lakin bu cütlüklər arasında boşanmalar da qeydə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə deyib ki, boşanmaların əksəriyyəti bu evliliklər qeyri-səmimi münasibətlər əsasında qurulduğuna görə baş verir.
Tural Hüseynzadənin sözlərinə görə, digər problem xarici vətəndaşla ailə quran bəzi Azərbaycan vətəndaşlarının nikah sənədinə qeyd-şərtsiz qol çəkmələridir: "Bəzən həmin ölkənin qanunvericiliyində elə nüanslar olur ki, onlar bizim ölkənin qanunvericiliyi ilə uzlaşmır. Əcnəbi ilə evlənən azərbaycanlı xanım xarici ölkədə boşanır və bizim qanunlardan irəli gələn tələbləri orda tətbiq etmək istəyir. Bu isə problem yaradır. Müraciətlərin çoxu isə daha çox uşaq tələbi ilə bağlı olur".
Mütəxəssis qeyd edib ki, boşanmalarla bağlı ölkəmizdə dəqiq statistika aparmaq da mümkün olmur. Çünki xarici ölkədə boşanma olduqda və vətəndaş bununla bağlı məlumat vermədikdə dövlət qurumu xaricdəki boşanmalarla bağlı statistika apara bilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





