Özünü hakimiyyət nümayəndəsi kimi təqdim edən şəxs həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Törətdikləri qanunsuz əməllərlə dövlətin nüfuzuna və korrupsiyaya qarşı mübarizə sahəsində görülən kompleks tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, Quliyev Ziyad Tofiq oğlunun özünü dövlət orqanının rəhbər vəzifəli şəxsi kimi təqdim edərək vəzifəli şəxsdən pul tələb etməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Bununla əlaqədar, Baş İdarə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ziyad Quliyevin özünü dövlət orqanında şöbə müdiri vəzifəsində işləyən şəxs kimi təqdim edərək Bakı şəhəri ərazisində yerləşən xəstəxanaların birinin baş həkimindən guya həmin tibb müəssisəsinin işçilərinin qanunazidd əməllərindən edilmiş şikayətlərin ictimailəşdirilməməsi adı ilə ümumilikdə tələb etdiyi 7 min manat pul vəsaitinin 2 min manatını almasına əsaslı şübhələr müəyyən olunmuşdur.
05 aprel 2021-ci il tarixdə Ziyad Quliyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, sonuncu həmin xəstəxananın baş həkimindən tələb etdiyi pul vəsaitinin qalan 5 min manatını rüşvət kimi alan zaman cinayət başında yaxalanmışdır.
Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi başlanmış, Ziyad Quliyevə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
XƏBƏR LENTİ
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı
-
Nərmin Əliyevanın bacısı faciəvi şəkildə öldü - FOTO
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ən yalançı BÜRCLƏR
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
Azərbaycanda çimərlik mövsümünə start verilir
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
-
Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri - VİDEO
-
Oğuzda ağır QƏZA: Bir ailə xəstəxanalıq oldu
-
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
-
Onun da qızı məzun oldu - FOTOlar
-
Tramp İranla sazişdən danışdı: "Hamını təbrik edirəm!”
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
“Gimnastika hamı üçün” həyəcanı başa çatıb - FOTO
-
Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu
-
Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi
-
Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
-
Son zamanların ən populyar ləzzəti - Dulce de Leche
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları





