Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayın gəlişi və havaların isinməsi ilə birlikdə evlərdəki zibil qutuları pis qoxuların və milçəklərin mənbəyinə çevrilə bilər. 14 illik təcrübəyə malik olan və təmizlik mövzusunda kitabları ilə tanınan ingilis mütəxəssis Linsey Krombi baha başa gələn kimyəvi vasitələrə pul xərcləmədən, hər evdə tapılan ucuz materiallarla bu problemi kökündən həll etməyin yollarını açıqlayıb.
Milli.Az xəbər verir ki, mütəxəssis ilk növbədə yay aylarında zibil qutularının müntəzəm olaraq isti sabunlu su, dezinfeksiyaedici vasitə və ya ağ sirkə ilə yuyulmasını tövsiyə edir. Lakin əsl effektiv nəticə yuyulma prosesindən sonrakı kiçik bir fənddə gizlidir.
Ən təsirli üsul: Zibil qutusunun dibinə soda səpmək
Linsey Krombinin sözlərinə görə, zibillərdən yayılan qoxuların qarşısını almaq üçün ən sadə və təbii vasitə çörək sodasıdı.
"Mənim ən sevdiyim üsullardan biri zibil qutusunun ən dibinə soda səpmək və qapağı sıx bağlı saxlamaqdır. Bu sayədə bütün pis qoxular dərhal hopur və milçəklərin yemək qalıqlarına toplaşmasının qarşısı alınır".
Alkali struktura malik olan çörək sodası zibillərdən yayılan turşulu qoxuları neytrallaşdıraraq yox edir. Zibil torbasını yerləşdirməzdən əvvəl qutunun dibinə səpilən bir neçə xörək qaşığı soda normal şəraitdə 3 aya qədər təsirini qoruyur. Lakin yay aylarında zibil torbalarından sızıntı ehtimalı yüksək olduğu üçün bu prosesi hər həftə təkrarlamaq daha etibarlı nəticə verir.
Efir yağları ilə həm təravət, həm də təbii qoruma
Mütəxəssis zibil qutularının gözəl qoxması üçün kəskin kimyəvi ətirlər yerinə təbii üsullardan istifadəni məsləhət görür.
Evin davamlı olaraq təravətli qoxması üçün digər bir üsul isə budur: Kosmetik pambıq diskinin üzərinə bir neçə damcı limon, evkalipt və ya çay ağacı yağı damcıladın.
Bu pambığı zibil qutusunun dib hissəsinə və ya zibil torbası ilə qutunun arasına yerləşdirin. Təbii efir yağları təkcə xoş ətir yaymır, həm də antibakterial xüsusiyyətləri sayəsində həşəratları və milçəkləri zibil qutusundan tamamilə uzaqlaşdırır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
XƏBƏR LENTİ
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
DÇ-2026: Niderland - Yaponiya oyunu başlayıb
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu
-
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - YENİLƏNİB
-
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
-
Köçəryan ölkədən qaçarkən saxlanıldı
-
Qarğışın insan sağlamlığına təsiri
-
Duzun saxta olduğunu öyrənməyin asan yolu
-
Azərbaycan şahmatçısı Özbəkistanda keçirilən turnirin qalibi olub





