Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanlar duyğularını açıq şəkildə yaşayır, bəziləri onları dərində gizlətməyi seçirlər. Xüsusilə dörd bürc insan içində şən, enerjili və güclü görünsələr də, tək qalanda basdırdıqları hisslərlə baş-başa qalırlar. Çünki bir insanın daim gülümsəməsi, hər zaman xoşbəxt olduğu mənasına gəlmir.
Milli.Az olduqları mühitdə qəhqəhə çəkən, lakin təklikdə daxili dünyaları ilə mübarizə aparan həmin bürclər və onların gizli tərəflərini təqdim edir:
Xərçəng bürcü: Hər kəsi xoşbəxt edərkən özünü unudan qəlb
Xərçəng bürcü deyiləndə ağıla ilk gələn xüsusiyyət, sevdiklərinə qarşı göstərdiyi sonsuz şəfqətdir. Ailəsi və dostları üçün əlindən gələnin fazlasını edən Xərçənglər, çox vaxt öz duyğularını ikinci plana atırlar.
Xərçəng bürcü ətrafındakı insanların əhvalını yüksək tutmağı sevir. İnsanların kədərli olduğunu görmək onu narahat edir. Bu səbəbdən öz problemləri olsa belə, bunu biruzə verməməyə çalışır. İnsan arasında:
Mühitin enerjisini qorumaq üçün daim gülümsəyir,
Sevdiklərini xoşbəxt etməkdən zövq aldığı üçün hər kəslə yaxından maraqlanır,
Kiməsə yük olmaq istəmədiyi üçün şəxsi problemlərini gizlədir,
Həssas və qırılqan tərəfini saxlamaq üçün son dərəcə nəşəli görünür.
Çox insan Xərçəng bürcünün həyatında heç bir problem olmadığını düşünə bilər, lakin vəziyyət tamamilə fərqlidir.
Səssizlik çökdəndə Xərçəng bürcü gün ərzində basdırdığı emosiyalarla baş-başa qalır. Keçmişdə yaşadığı hadisələri təkrar-təkrar düşünür. Xüsusilə xətrinə dəyən sözləri unuda bilmir, insanların davranışlarını analiz edir və özünün kifayət qədər sevilib-sevilmədiyini sorğulayır. Ən çox ailə daxili problemləri, qarşılıqsız fədakarlıqları və dəyər görmədiyini hiss etdiyi məqamları içinə atır. Zəif görünməkdən xoşlanmadığı və "hər kəsin öz dərdi var" deyə düşündüyü üçün daxili yükünü kimsəyə danışmır.
Tərəzi bürcü: Gülümsəməsinin arxaında gizlənən səssiz yorğunluq
Tərəzi bürcü tapıldığı mühitə uyğunlaşma mövzusunda zodiakın ən uğurlu bürclərindən biridir. İnsanlarla asanlıqla ünsiyyət qurur, söhbəti canlı tutur və mühitin havasını yumşaldır. Buna görə də çoxu onu problemsiz biri kimi görür.
Tərəzi bürcü mübahisələrdən və gərginlikdən nifrət edir. Mühitdəki hüzurun pozulmaması üçün öz duyğularını arxa plana keçirə bilir. İnsanların arasında:
Hüzuru qorumaq üçün xoş davranır,
Heçkəsi incitməmək üçün hər kəsə anlayış göstərir,
Neqativ enerji yaymamaq üçün problemlərini ört-basdır edir,
Balansı qorumaq üçün insanları barışdırmağa çalışır.
Tək qalanda Tərəzinin zehni heç vaxt susmur. "Görəsən düzgün qərar verdim?", "O danışıqda fərqli davranmalı idim?" kimi suallarla keçmişi incələyir. Münasibətlərini qorumaq üçün qırğınlıqlarını qəzəbə çevirmir, hər şeyi içinə atır və qarşı tərəfə normal davranmağa davam edir. Hər kəsi məmnun etməyə çalışarkən özünü laqeyd qoyması zamanla onda emosional yorğunluq, qərarsızlıq və daxili hüzursuzluq yaradır. təklikdə isə bütün bu yüklərlə təkbaşına mübarizə aparır.
Balıqlar bürcü
Balıqlar bürcü duyğuların, xəyalların və dərin düşüncələrin rəmzidir. Ətrafındakı insanların ruh halını asanlıqla hiss edir və özündən əvvəl başqalarının hisslərinə fokuslanır. Kalabalık mühitlərdə səmimi və əyləncəli görünsə də, təklik onu tamamilə başqa bir ruh halına sürükləyir.
Balıqlar bürcü emosional olsa da, qırılqan tərəfini hər kəsə nümayiş etdirmək istəmir. İnsanların onu daim kədərli görməsini qəbul etmədiyi üçün:
İçindəki xaosu gizlətmək üçün şən görünür,
Öz duyğularından uzaqlaşmaq üçün daim qarşısındakını dinləyir,
Kədərini pərdələmək üçün zarafatlar edir,
Ətrafına yaxşı enerji ötürmək üçün pozitiv danışır.
Yalnız qalanda Balıqların zehni sürətlə keçmişə və gələcəyə səyahət edir. Xüsusilə gecə saatlarında keçmişdəki xəyal qırıqlıqları, bitən münasibətlər, reallaşmayan xəyallar və deyilməyən sözlər beynində dönüb durur. İnsanların onu anlamayacağını düşündüyü üçün incikliyi açıq demir, öz yarasını özü sarımağa çalışır. Onun üçün təklik sadəcə fiziki bir vəziyyət deyil, dərin bir emosional boşluq hissi olduğu üçün təklikdə asanlıqla tükənmişlik fəsadları yaşaya bilir.
Əqrəb bürcü: Acısını gizləməkdə usta olan bürc
Əqrəb bürcü güclü duruşu, qətiyyəti və asanlıqla duyğu göstərməyən xarakteri ilə tanınır. Çox insan onun heç nədən təsirlənmədiyini zənn edir. Amma Əqrəb hissləri ən dərindən yaşayan bürclərdən biridir; sadəcə bunu gizləməkdə ustadır.
Əqrəb bürcü zəif görünməkdən nifrət edir. Yaşadığı acıları və xəyal qırıqlıqlarını insanların gözü önünə sərməyi qətiyyən qəbul etmir. İnsanların arasında:
Kontrolu itirməmək üçün güclü durur,
İncik tərəfini qorumaq üçün duyğularını gizlədir,
İnsanlara hiss etdirməmək üçün soyuqqanlı davranır,
İç dünyasını qorumaq üçün bəzən tamamilə sessizliyə çəkilir.
Əqrəb tam güvənmədiyi kəsə içini açmaz. Xəyanət görmək, güvəninin sarsılması və haqsızlığa uğramaq onun daxilində dərin iz qoyur. Yalnız qalanda isə gün boyu basdırdığı bu duyğularla üzləşir, insanların real niyyətlərini sorğulayır. Hər şeyi tək başına həll etməli olduğuna inandığı üçün kömək istəmir və emosional yükü tək daşıyır. Bu da onun daxilən ciddi şəkildə tükənməsinə və insanlardan tamamilə uzaqlaşmasına səbəb olur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
-
Aysun İsmayılova xəstəliyə tutuldu
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Gülben Ergen Bakı küçələrində görüntüləndi – (Video)
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
-
Məşhur xanəndənin aparıcı əri ilə rəqsi: “O mənim sənətkarımdır” - (Video)
-
1000 oyun keçirən ilk fransalı futbolçu oldu
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)





