Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram.
2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır.
Müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışmışdır. Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir.
Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir.
Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin postmünaqişə dövründə ardıcıl humanitar fəaliyyətinin bariz nümunəsidir. Bu Forumda Azərbaycan dünyanın 182 ölkəsini təmsil edən 60 minə yaxın iştirakçıya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çağdaş şəhərsalma konsepsiyaları əsasında formalaşan müasir infrastrukturu və hazırda orada təhlükəsiz yaşayan 85 mindən çox azərbaycanlı üçün yaradılan layiqli həyat şəraitini təqdim etmişdir.
Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.
Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir.
Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və rifah arzulayıram".
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi vacib layihədir
-
Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandı
-
Prezident İlham Əliyev: Hökumətdə Avropa Şurasından tamamilə çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirmişdik
-
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
-
Prezident İlham Əliyev: Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi vacib layihədir
-
Ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi oldu
-
Azərbaycan və Sudan arasında vizasız gediş-gəlişlə bağlı saziş təsdiqləndi
-
Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandı
-
Prezident İlham Əliyev: Hökumətdə Avropa Şurasından tamamilə çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirmişdik
-
Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var
-
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
-
Prezident İlham Əliyev: Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir
-
Əminə Şirin: "Demək ki, o ibadət sənə heç nə öyrətməyib"
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
-
Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər
-
Prezident İlham Əliyev: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
Prezident İlham Əliyev: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
-
Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
-
Rusiyada güclü zəlzələ oldu
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək





