“Gimnastika hamı üçün” həyəcanı başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14 iyun tarixində Fəvvarələr meydanında gimnastika coşqusunun ikinci günü baş tutub.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Festivalın sonuncu günü qalib komandaların qala şousu ilə yadda qalıb. Komandalar əldə etdikləri uğurun sevincini tamaşaçılarla bölüşərək çıxışlarını yenidən təqdim ediblər.
Günün əsas məqamlarından biri müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırılması olub. "Ən yaxşı kostyum", "Ən yaxşı performans", "Ən yaşlı iştirakçı", "Ən balaca iştirakçı" və "Sosial mediada ən aktiv iştirakçı" nominasiyaları üzrə seçilən iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.
"Ən yaxşı performans" nominasiyası üzrə Abşerondan olan "Dark Storm" komandası, "Ən yaxşı kostyum" nominasiyası üzrə isə Naxçıvanı təmsil edən "African Echo" komandası qalib seçilib. "Ən yaşlı iştirakçı", "Ən balaca iştirakçı" və "Sosial mediada ən aktiv iştirakçı" nominasiyasının qalibləri müəyyən olunub.
Qala şou zamanı komandaların enerjili və rəngarəng çıxışları Fəvvarələr meydanında əsl gimnastika bayramı ab-havası yaradıb. İştirakçıların yüksək əzmi və sevgi ilə hazırladıqları proqramlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
"Gimnastika hamı üçün" 4-cü Bakı Beynəlxalq "Challenge" festivalının ikinci günü bir daha nümayiş etdirib ki, gimnastika yaşından və imkanlarından asılı olmayaraq hər kəsi bir araya gətirən, sağlam və aktiv həyat tərzini təşviq edən bir idman növüdür.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək
-
Dünya çempionatı: Millimiz növbəti qələbəsini qazandı - Yenilənib
-
Kəmalə Günəşlinin əsl yaşı təəccübləndirdi - (Video)
-
Mesinin komandası uduzdu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
XƏBƏR LENTİ
-
Ömürlük həbsdən səhvən qurtuldu, Türkiyədə tutuldu - Avtoritet keçmiş sovet ölkəsini alt-üst etdi
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Seda Sayan makiyajsız görüntüsünü yaydı - (Foto)
-
58 illik arvadına hər ad günündə çiçək əvəzinə görün nə hədiyyə edir - (Video)
-
Erməni Alla Puqaçovanın brendini əlindən aldı
-
"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
-
"Qalatasaray" futbolçularına qələbəyə görə böyük mükafatı veriləcək
-
Dünya çempionatı: Millimiz növbəti qələbəsini qazandı - Yenilənib
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Maksim Qalkinin İstanbul konserti ləğv olundu
-
Böyük Britaniya 1000 günə müharibəyə hazır olmalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Nadir İsmayılov vəfat etdi
-
Kəmalə Günəşlinin əsl yaşı təəccübləndirdi - (Video)
-
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
-
Qızılı çox olanlara pis xəbər
-
Mesinin komandası uduzdu
-
Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası (Foto)
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Naxçıvan ərazisində ağır qəza: 6 yaralı var - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)





