Şou-biznes

Maksim Qalkinin İstanbul konserti ləğv olundu

25 Oktyabr 2026 13:14
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyalı yumorist və şoumen Maksim Qalkinin bu gün İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Qərar sosial şəbəkələrdə kütləvi etirazlardan sonra verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

Qeyd edək ki, konsertin İstanbul Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulurdu. Fəallar tədbirin ləğvi ilə bağlı Türkiyənin müvafiq qurumlarına da müraciət etmişdilər.

Xatırladaq ki, Qalkinin İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyinə görə fəallar onun Türkiyədəki konsertinin ləğvini tələb edirdilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.