Şou-biznes

Erməni Alla Puqaçovanın brendini əlindən aldı

25 Oktyabr 2026 13:53
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

SSRİ və Rusiya estradasının canlı əfsanəsi Alla Puqaçova 1997-ci ildən sahib olduğu "Kristina" brendini itirib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki,  bu barədə Rusiyanın "Maş" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Novıy Urenqoy şəhərindən olan şirniyyatçı Kristina Martirosyan həmin ad altında öz hazırladığı tortları satması üçün Puqaçovanı məhkəməyə verib.

"Müğənni təxminən altı ay ərzində bu brendi qoruyub saxlamaq uğrunda mübarizə apardı. Nəticədə Puqaçova məhkəmədə uduzdu və Martirosyana "Kristina" adını öz brendi kimi qeydiyyatdan keçirməyə icazə verildi", - məlumatda qeyd olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.