Şou-biznes

Güllünün ölümü ilə bağlı şok detal

25 Oktyabr 2026 10:04
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi müğənni Güllünün ölümü ilə bağlı qızı Tuğyan Ülkəm Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasına dair əsaslandırılmış qərarı açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə Tuğyan Ülkəm Gülterin anasını pəncərədən itələdiyi qənaətinə gəlib.

Qərar qəbul edilərkən şahid Sultan Nur Ulunun ifadələri və məhkəmə-tibbi ekspertizasının nəticələri nəzərə alınıb. Ekspertiza zamanı pəncərənin kənarında sürüşməyə səbəb ola biləcək maddə qalıqları aşkarlanmayıb.

Bununla yanaşı, məhkəmə qətlin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən kifayət qədər sübutun olmadığını bildirib. Qərardan iki həftə ərzində apellyasiya şikayəti verilə bilər.

DünyaTürkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto

Qeyd edək ki, müğənni Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yerləşən altımərtəbəli binanın pəncərəsindən yıxılaraq həyatını itirib. Onun qızının vəkili hökmü qanunsuz hesab etdiyini və ondan şikayət verəcəyini açıqlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.