Ekspert: Əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19-dan can qurtara biləcəyik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın bir çox ölkəsində COVID -19 virusuna yoluxma dinamikası yenidən artmaqdadır. Əfsuslar olsun ki, bu tendensiya Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadadır. Yəni əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində böyük işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin vaksinasiyasında, həmdə pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əl çatanlığında öndə gedən ölkələrdən hesab edilir.
Milli.Az bildirir ki, bunu AZƏRTAC-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib. Ekspert bildirib ki, COVID-19 virusuna qarşı vaksinlərin dünyada defisiti yaşandığı dövrdə Azərbaycan müxtəlif çətinliklərə və vaksinlərin paylaşdırılmasında haqsızlıqlara baxmayaraq vətəndaşının sağlamlığını əsas amil tutaraq vaksinlərin ölkəyə planlı şəkildə gətirilməsinə nail olur. Əlbəttə ki, bu işlərin gedişatı Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir və bu sahədə işlərin icrası ölkənin səhiyyə qurumları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Belə ki, Azərbaycana yenicə 432 000 doza "AstraZeneca" vaksini gətirilib və yaxın zamanda mərhələli şəkildə digər vaksinlərin gətirilməsi də gözlənilir. "Xüsusən tibb müəssisələrində əhalinin vaksinasiya prosesinin həyata keçməsi üçün görülən tədbirlərin yüksək səviyyədə olmasını qeyd etmək istəyirəm. Səhiyyə qurumlarının məqsədi, yaxın aylar ərzində əhalinin böyük bir hissəsini vaksinasiya etmək və gələcəkdə sərt karantinin rejiminin - məhdudiyyətlərin qarşısını almaqdır. Onu deyə bilərəm ki, sərt karantin vətəndaşlarımızın sosial və psixoloji durumuna ciddi mənfi təsir göstərir. Bundan başqa sərt karantin zamanı olan məhdudiyyətlər dövlətin sosial, iqtisadi durumuna da ciddi mənfi təsir edir. Məcburi addımların atılmaması üçün virusu passiv hala gətirməliyik. Buna görə birliyimizi nümayiş etdirməliyik", - deyə ekspert Ayaz Hüseynov deyib.
Ekspert bildirib ki, vaksinasiya ilə paralel vətəndaşlar maskanın düzgün taxılmasına, sosial məsafəyə və şəxsi gigiyenaya çox diqqət etməlidirlər: "Dünya yeni dövrə qədəm qoyub. Bu dönəmdə yeganə məsələ məsuliyyətdir. İnsanlar qəbul edilmiş qaydaları pozmasınlar və beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoymasınlar. Şüurlu şəkildə bu məsələyə yanaşsaq, karantin şərtlərinə və qadağalara riayət olunsa, yoluxma halları azalar".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)





