Cəmiyyət

Havada tozun miqdarı normadan artıqdır

6 Aprel 2021 12:31
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a bildirilib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bildirilib ki, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.