Neftçilər metrosu yaxınlığında avtomobil yanıb.
Milli.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakıda "Neftçilər" metrostansiyası yaxınlığında minik avtomobili naməlum səbəbdən yanmağa başlayıb.
Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin işçiləri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az