Cəmiyyət

Şəhid Ülvi Ağayev - Atasından gizli müharibəyə yollanmışdı - VİDEO

31 Mart 2021 10:49
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində canından keçərək şəhadətə ucalmış qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız Göyçay sakini Ülvi Ağayevdir. O 2020-ci il Tovuz döyüşləri zamanı könüllü  qeydiyyatdan keçib və sentyabrın 30-da döyüşlərə yollanıb. Ölümündən sonra isə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Vətənimizi qorumağa gedirəm" dedi, sevdiyi vətəni uğrunda da canından keçdi...

Söhbət Göyçayın Şahsoltanlı kəndindən olan şəhid 27 yaşlı Ülvi Ağayevdən gedir. Vətən müharibəsinə könüllü qoşulan Ülvi sentybarın 30-dan etibarən döyüş əməliyyatlarında iştirak edir. Bir neçə il əvvəl anasını və qardaşını itirən gənc getdiyi hərbi hissənin yerini yalnız bibisinə və bacısına deyib.

Yaxınlarının sözlərinə görə Ülvi işğalda olan torpaqlarımızı azad etmək arzusuyla yaşayıb. Dostları onun vətənpərvər və mərd ruhda böyüdüyünü bildirirlər..

Ülvi Ağayev döyüşlər zamanı böyük şücaət göstərib, düşmənə sarsıdıcı zərbələr endirib. Mütəmadi olaraq yaxınları ilə əlaqə saxlayan Ülvi Ağayev sonuncu dəfə oktyabrın 19-da onlarla danışıb. Sonradan onun Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub.

Ülvi Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.