Cəmiyyət

“BakuBus” MMC Müşahidə Şurasının tərkibi təsdiq edildi

30 Mart 2021 15:18
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyev "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam verib.

Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamla qərara alınır ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova - Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.