Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizdən biri də Tural Rəşidov olub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uşaqlıqdan mərdliyi və vətənpərvərliyi ilə seçilən Tural ikinci Vətən müharibəsinin elə ilk günlərindən cəbhəyə yollanıb.
Balakən rayonunun Tülü kənd sakini, xüsusi təyinatlı bölüyün giziri Tural Rəşidov Murovdağ, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Hərbi hazırlığı, gücü ilə yağıların ürəyinə od salan gizir Tural Rəşidov döyüşlərdə böyük şücaət göstərib.
Tural Rəşidov ötən il oktyabrın 15-də döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Şəhidimiz ölümündən sonra "Qarabağ'' ordeni , eləcə də "Vətən uğrunda'', Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına gorə" medalları ilə təltif olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az