Cəmiyyət

Azərbaycanın meyvə, meyvə şirəsi və şərab ixracı artıb

22 Mart 2021 08:17
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2021-ci ilin yanvar ayında təzə meyvə, meyvə və tərəvəz şirələri, təbii üzüm şərabları ixracı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yanvar ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 2,7 dəfə, meyvə və tərəvəz şirələri 1,9 dəfə, çay 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu 3,8 dəfə, kartof 2,8 faiz, pambıq lifi 42,6 faiz, pambıq ipliyi 9,5 faiz, bentonit gili 12,7 faiz artıb.

Təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları 46,2 faiz, meyvə və tərəvəz konservləri 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 25,5 faiz, tütün 81 faiz, polietilen 16,8 faiz, emal olunmamış alüminium 16,3 faiz, qara metallardan boruların ixracı 21,9 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.