Cəmiyyət

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin inşa ediləcəyi ərazi məlum oldu

20 Mart 2021 12:42
Baxış: 1 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi "Hərbi Qənimətlər Parkı"nın ərazisində inşa ediləcək.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlıq və qazanılan möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi Xətai rayonunda yerləşən "Hərbi Qənimətlər Parkı"nın ərazisi müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.