Cəmiyyət

Bayram ərəfəsində əsassız qiymət artımına qarşı tədbirlər görülür - Dövlət Xidməti

19 Mart 2021 18:59
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılır.

Dövlət Xidmətindən Milli.Az-a bildirilib ki, monitorinq zamanı, həmçinin maarifləndirmə işləri də aparılaraq sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Cinayət tərkibli hallar aşkar edildikdə isə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.