Cəmiyyət

Bakıda bu tikinti şirkəti CƏRİMƏLƏNDİ

19 Mart 2021 13:19
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ədliyyə nazirliyi "Gloria Palace" Mənzil-Tikinti Kooperativi barəsində inzibati qaydada protokol tərtib edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsinə əsasən tərtib olunan protokol baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

İşə Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Gloria Palace" mənzil tikintisi və satışı ilə məşğul olan şirkətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.