Cəmiyyət

Elmar Qasımov İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

16 Mart 2021 16:24
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texniki Universitetinin (İTU) rektoru prof. İsmayıl Koyuncu ilə onlayn görüş keçirib.

Elmar Qasımov İsmayıl Koyuncuyu yeni rektor təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı iki universitet arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Xüsusi ilə, informasiya texnologiyaları, kibertəhlükəsizlik kimi istiqamətlərdə birgə proqramların və elmi-tədqiqat fəaliyyətlərinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Rektor Elmar Qasımov İTU-nun rektoru İsmayıl Koyuncunu Bakıya səfərə dəvət edib.

İstanbul Texniki Universiteti 1773-cü ildə yaradılıb, mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.

İsmayıl Koyuncu 2020-ci ilin avqust ayında İTU-ya rektor təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.