Cəmiyyət

ASCN-un kran gəmisi təmirdən sonra istismara qaytarılıb - FOTO

13 Mart 2021 13:29
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının  "Atamoğlan Kərimov"  kran gəmisi təmir edilib.

ASCO-dan Milli.Az-a verilən məlumata görə, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin baş mühərrikləri sazlanıb. Nasoslarda, boru sistemlərində, ballast-qurutma sistemlərinin idarəetmə klapanlarında, xilasedici qayıqlarda, mexanizm və elektrik avadanlıqlarının avtomatik idarəetmə sistemlərində cari təmir işləri görülüb.

Gəmi tərsanəyə qaldırılıb, sualtı hissə və suüstü hissə təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələmnmiş sahələr dəyişdirilib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra "Atamoğlan Kərimov" kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.