Cəmiyyət

Bakıda Hyundai yandı - FOTO

11 Mart 2021 08:08
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.