Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mülki silahı necə əldə etmək olar?
23 Yanvar 2012 16:09
2 Şərh
Baxış: 17 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Daxili İşlər Nazirliyindən bildiriblər.
Mülki silaha sahib olmaq istəyən vətəndaş yaşadığı ərazidəki daxili işlər orqanına və ya İctimai Təhlükəsizlik Baş İdarəsinə müraciət etməlidir. Vətəndaşın silah əldə etməsi üçün ona xüsusi icazə verilir. Bunun üçün adı çəkilən qurumlara həmin şəxsin Azərbaycan vətəndaşı olduğunu təsdiqləyən şəxsiyyət vəsiqəsinin, tibbi arayışın və 3x4 ölçülü 2 şəklin təqdim olunması vacibdir.
Vətəndaşın ictimai silah əldə etməsi üçün onun Ovcular Cəmiyyətinin üzvü olması vacib deyil. Mülki silah əldə edilməsi üçün verilən icazənin müddəti 6 aydır. Xüsusi icazədə vətəndaşın adı, soyadı, atasının adı, silahın növü, sayı, verilmə tarixi və etibarlı olduğu müddət göstərilir.
Xüsusi icazənin əks üzündə vətəndaşa satılmış silahın markası, kalibri, nömrəsi göstərilir, sənəd imzalanır və ona möhür vurulur. Odlu ov və ya idman silahı əldə etmiş şəxs onu 2 həftə ərzində qeydiyyata aldırmalıdır. Bundan sonra ona silahı gəzdirməsi və təyinatı üzrə istifadə etməsi üçün icazə verilir.
Vətəndaş ilk qeydiyyat zamanı 10 manat, təkrar qeydiyyatlar zamanı isə 5 manat dövlət rüsumu ödəməlidir. Qeydiyyatın müddəti 3 ildir.
Pnevmativ silah və aerozol qurğudan istifadə üçün xüsusi razılıq tələb olunmur. Onlar 18 yaşına çatmış vətəndaşa şəxsiyyət vəsiqəsi əsasında satılır.
Bir sıra hallarda vətəndaşa mülki silah üçün icazə verilmir. Bunlar aşağıdakılardır:
- onun 7-dən artıq ov və ya idman silahı varsa;
- müvafiq orqan tərəfindən vətəndaşın alkoqoldan, narkotik maddələrdən asılılığı, ruhi xəstəliyini və görmə qabiliyyətində qüsurun olması bildirilirsə;
- vətəndaş silahdan, döyüş sursatı və ya partlayıcıdan istifadə etməklə ağır cinayətlər törədibsə;
- vətəndaş ov və ya balıqçılıq qaydalarını, odlu silahın saxlanması və istifadəsi qaydalarını pozubsa;
- polis orqanlarında proflaktik və ya operativ qeydiyyatdadırsa;
- vətəndaş silahdan istifadə zamanı təhlükəsizlik qaydalarını bilmirsə və sair.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq